Türkiyə ordusu 6 terrorçunu məhv etdi

turkiye-ordusu-6-terrorcunu-mehv-etdi
Oxunma sayı: 867

Türkiyə ordusu  “Pəncə-Kilit” əməliyyatı bölgəsində 6 PKK terrorçusunu zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada, ölkənin təhlükəsizliyi üçün terrorçularla mübarizənin davam etdiyi bildirilib.

“İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində terrorçuların yuvalarını məhv edən Türk Silahlı Qüvvələrimiz bölgədə daha 6 PKK terrorçunu zərərsizləşdirib”, - deyə məlumatda qeyd edilib.