Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi

turkiye-ordusu-8-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 705

Türkiyə ordusu Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi” bölgələrində 8 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Terrorçuların onları gözləyən sondan xilas yolu yoxdur. “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi” bölgələrində aşkarlanan 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”, - açıqlamada qeyd olunub.