Türkiyә Silahlı Qüvvәlәri ölkә daxilindә vә xaricindә terrorla mübarizәsini davam etdirir.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 1 apreldən etibarәn İraqın şimalına tәşkil edilәn hava әmәliyyatları nәticәsindә 80 PKK terrorçusu zәrәrsizlәşdirilib.
Mәlumat görə, 1-2 aprel tarixlәri arasında İraqın Hakurk vә Zap bölgәlәrinә endirilәn zәrbәlәr nәticәsindә 59 terrorçu zәrәrsizlәşdirilib. Aprelin 5-dә Hakurk bölgәsinә tәşkil edilәn növbəti hücumda isə 21 terrorçu öldürülüb.
Terrorçulara mәxsus 13 hәdәf mәhv edilib.
Son xəbərlər
Son Xəbərlər