Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir

turkiye-ordusu-afrinin-merkezine-dogru-irelileyir
Oxunma sayı: 2971

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1595-ə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 44 terrorçu məhv edilib.

Hazırda TSQ və Azad Suriya Ordusunun (ASO) Afrin mərkəzinə doğru irəliləyişi davam edir.