Türkiyə ordusu bu gün nə qədər terrorçu zərərsizləşdirib?

turkiye-ordusu-bu-gun-ne-qeder-terrorcu-zerersizlesdirib
Oxunma sayı: 1969

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” adlı əməliyyatın 9-cu günü ilə bağlı hesabatı açıqlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün terrorçuların sığınacaq, silah anbarı və digər məqsədlərlə istifadə etdiyi 20 hədəf məhv edilib, 73 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 13 təyyarə iştirak edib.

9 gün ərzində zərərsizləşdirilən PKK/KCK/PYD-YPG və İŞİD terrorçuların sayı isə 557-yə çatıb.

Türkiyə ordusu 2 şəhid verib, daha 11 hərbçi xəsarət alıb.