Türkiyə ordusu daha 10 terrorçunu məhv etdi

turkiye-ordusu-daha-10-terrorcunu-mehv-etdi
Oxunma sayı: 1372

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Türkiyə ordusu daha 10 terrorçunu məhv edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, PKK/YPG silahlıları "Barış Pinarı", “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyat zonalarında zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi terrorçuların Türkiyə Ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.