Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi - Video

turkiye-ordusu-daha-10-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 1631

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfin məhv edildiyi bildirilib.

Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir.