Türkiyə ordusu daha 18 terrorçunu zərərsizləşdirdi

turkiye-ordusu-daha-18-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 1308

Türkiyə ordusu “Pəncə-Kilitəməliyyatında 18 PKK terrorçusunu SİHA-larla zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

“Mehmetçikin nəfəsi terrorçuların kürəyindədir. İraqın şimalında uğurla davam edən “Pəncə-Kilit” əməliyyatı bölgəsində SİHA-larımızın əməliyyatı ilə daha 18 PKK terrorçusu zərərsizləşdirilib. Terrorla və terrorçularla mübarizəmiz təsirli və qətiyyətlə davam edəcək",- paylaşımda qeyd olunub.