Türkiyə ordusu daha 41 terrorçunu zərərsizləşdirdi

turkiye-ordusu-daha-41-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 1209

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında daha 41 terrorçunu zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

PKK/YPG üzvlərinə qarşı əməliyyat Suriyanın Tel Rıfat və Münbiç bölgələrində həyata keçirilib.

Məlumata görə, həftəsonundan bu günə qədər Suriyanın şimalında ümumilikdə 53 terrorçu məhv edilib.