Türkiyə ordusu daha iki il Suriya və İraqda qalacaq

turkiye-ordusu-daha-iki-il-suriya-ve-iraqda-qalacaq
Oxunma sayı: 804

Türkiyə parlamenti (TBMM) ölkənin Silahlı Qüvvələrinin terrorla mübarizə məqsədilə daha iki il Suriya və İraqda qalmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən səsvermə nəticəsində bu müddət CHP və HDP-nin “yox” səsinə qarşı AKP, MHP və İYİ partiyanın “hə” səs çoxluğu ilə uzadılıb.

Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə göndərilib.