Türkiyə ordusu Əsəd rejiminin 101 hərbçisini zərərsizləşdirdi

turkiye-ordusu-esed-rejiminin-101-herbcisini-zerersizlesdirdi
Oxunma sayı: 2721

İdlibdə 5 türk əsgərinin şəhid olmasından sonra Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada 115 hədəfin atəşə tutulduğunu, Əsəd rejiminin 101 hərbçisinin zərərsizləşdirildiyini açıqlayıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, müəyyən hədəflərə özünü müdafiə məqsədilə atəşlər davam etdirilir.

“Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmadı, qalmayacaq. Bu mənfur hücumu edənlərdən hesab sorulacaq və özünümüdafiə hüququmuzdan ən sərt şəkildə istifadə olunacaq. Lazımi tədbirlər görülüb. Şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə başsağlığı veririk”, - deyə Nazirliyin məlumatında bildirilir.