Türkiyə ordusu İdlibdə daha bir şəhid verdi - Yaralılar var

turkiye-ordusu-idlibde-daha-bir-sehid-verdi
Oxunma sayı: 2074

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin daha bir əsgəri şəhid olub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Daha 2 hərbçi isə yaralanıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edilib ki, Türkiyə ordusu da Əsəd rejimi qüvvələrinin hücumunu cavabsız qoymayıb. Belə ki, rejim ordusunun 8 tankı, 4 zirehli texnikası, 5 top və 2 raketatıcısı məhv edilib, 56 əsgəri zərərsizləşdirilib.