Türkiyə ordusu İraqda 10 PKK terrorçusunu zərərsizləşdirib

turkiye-ordusu-iraqda-10-pkk-terrorcusunu-zerersizlesdirib
Oxunma sayı: 1217

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı çərçivəsində 10 PKK terrorçusunu zərərsizləşdiriblər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 95-ə çatıb.