Türkiyə ordusu Münbiç əməliyyatına başladı

turkiye-ordusu-munbic-emeliyyatina-basladi
Oxunma sayı: 1474

Türkiyə Silahlı Qüvvələri (TSK) “Sülh çeşməsi” hərəkatı çərçivəsində Tel Abyad və Resulayn terrorçulardan təmizlədikdən sonra Münbiç üçün əməliyyatlara başlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bordo berelilər artıq Münbiçə doğru irəliləməyə başlayıb. Bölgədə silah səslərinin eşidildiyi bildirilir.

Qeyd edək ki, “Sülh çeşməsi” hərəkatı çərçivəsində 550 terrorçu zərərsizləşdirilib, 62 kənd terrorçulardan təmizlənib.