Türkiyə ordusu Qandildə əməliyyata başladı

turkiye-ordusu-qandilde-emeliyyata-basladi
Oxunma sayı: 1816

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqla sərhəddə yerləşən Qandil dağlarında hava əməliyyatına start verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı PKK terrorçularının 14 mövqeyi məhv edilib.

Vurulan hədəflər arasında sığınacaq və silah-sursat anbarı da olub. İtkilər barədə məlumat verilməyib.

Təşvişə düşən terrorçular mövqelərini tərk edərək meşəlik ərazilərə doğru qaçıblar.