Türkiyə ordusu Suriyada irəliləməyə davam edir - Yenilənib

Türkiyə ordusu Suriyada irəliləməyə davam edir
Oxunma sayı: 2063

Türkiyə Silahlı Qüvvələri “Sülh Çeşməsi Hərəkatı”nın ikinci mərhələsinə başlayıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, türk ordusu artıq qurudan Suriyaya daxil olub. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qurudan 4 istiqamətdə hərəkətə keçilib.

**

“Anadolu” agentliyinin Türkiyənin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, silahlı qüvvələr Suriyada Fərat çayından şərqə doğru hərəkətini davam etdirir.

Türkiyənin Milli Müdafiə Nazirliyi artıq 181 hədəfin hərbi təyyarə və artilleriya ilə vurulduğunu bildirib. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi