İraqın şimalında Hakurk bölgəsində Türkiyə ordusunun əsgəri şəhid olub.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, PKK terrorçuları tərəfindən yerləşdirilmiş partlayıcının zərərsizləşdirilməsi zamanı partlayış baş verib və serjant Məhəmməd Fatih Durhan şəhid olub.
Şəhidin meyiti doğulduğu Manisa şəhərinə aparılacaq.
Türkiyə Milli Müdafiə Nazirliyi Durhanın ailəsinə başsağlığı verib.
Son xəbərlər
Son Xəbərlər