Türkiyə ordusu şəhid verdi

turkiye-ordusu-sehid-verdi
Oxunma sayı: 1247

Türkiyənin Qars şəhərində antiterror əməliyyatı zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 3-ü yaralanıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, terrorçularla hərbçilər arasında baş vermiş silahlı münaqişədə 3 terrorçu zərərsizləşdirilib.

Yaralı əsgərlər helikopterlə Qars Qafqaz Universiteti Araşdırma Xəstəxanasına çatdırılıb.