Türkiyə ordusu şəxsi heyətinin sayını açıqladı

turkiye-ordusu-sexsi-heyetinin-sayini-aciqladi
Oxunma sayı: 634

İslamazeri.az-ın TRT-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tabeçiliyindəki hərbi və mülki personalın sayını açıqlayıb.

Baş Qərargahdan verilən açıqlamaya görə, Quru, Dəniz və Hava Qüvvələrində 452 675, Jandarm Komandanlığında 201118, Sahil Mühafizə Komandanlığında isə 4192 hərbçi xidmət edir. Quru, Dəniz və Hava Qüvvələrində 329, Jandarm Komandanlığında 33, Sahil Mühafizə Komandanlığında isə 2 general var. Zabitlərin sayı Quru, Hava və Dəniz Qüvvələrində 33788, Jandarm Komandanlığında 5491, Sahil Mühafizə Komandanlığında isə 594-dür. Quru, Dəniz və Hava Qüvvələrində 71475, Jandarm Komandanlığında 22591, Sahil Mühafizə Komandanlığında isə 1401 kiçik rütbəli zabit xidmət edir.

Jandarm Komandanlığında 24434 ixtisaslaşmış jandarma olduğu bildirilən açıqlamada Qara, Dəniz və Hava Qüvvələrində 34282 , Jandarm Komandanlığında 6551, Sahil Mühafizə Komandanlığında isə 589 ixtisaslaşmış zabit olduğu bildirilib. Mütəxəssislərin sayı isə Qara, Dəniz və Hava Qüvvələrində 139874, Jandarm Komandanlığında 59100, Sahil Mühafizə Komandanlığında 2586-dır. Hava, Dəniz və Hava Qüvvələrində 5384, Jandarm Komandanlığında 702, Sahil Mühafizə Komandanlığında isə 13 ehtiyatda olan zabit var. Ordudakı mülki məmurların sayı Qara, Dəniz və Hava Qüvvələrində 49154, Jandarm Komandanlığında 204860, Sahil Mühafizə Komandanlığında isə 5070 nəfərdir. TSQ personalının ümumi sayı isə Qara, Dəniz və Hava Qüvvələrində 501820, Jandarm Komandanlığında 204 860, Sahil Təhlükəsizlik Komandanlığında isə 5070 nəfərdir.