Türkiyə ordusu terrorçuların hədəflərini məhv etdi - Video

turkiye-ordusu-terrorcularin-hedeflerini-mehv-etdi
Oxunma sayı: 2347

Türkiyə ordusu Fərat çayının şərqində keçirdiyi “Sülh Çeşməsi” əməliyyatı zamanı sərhəddən 30 kilometr məsafədə irəliləyərək PKK/YPG hədəflərini vurub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin F-16 qırıcıları Ayn İsa əyalətinin əhatəsindəki Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki terror təşkilatlarının hədəflərini bombalayıb. Dərik və Qamışlı əyalətlərindəki terrorçular da məhv edilib. 

Terrorçular hərbi təyyarələrin görmə əhatəsini məhdudlaşdırmaq üçün rezin təkərləri yandırmağa başlayıb. 

Terrorçulardan biri bombalanma anını lentə alıb.