Türkiyə ordusu “Barış Pınarı” hərəkatı bölgəsində bir avtomobilin aşması nəticəsində şəhid verib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər xəsarət alıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə ötən ilin oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.