Türkiyə ordusuna məxsus avtomobil aşdı - 1 şəhid, 4 yaralı

turkiye-ordusuna-mexsus-avtomobil-asdi
Oxunma sayı: 1075

Türkiyə ordusu “Barış Pınarı” hərəkatı bölgəsində bir avtomobilin aşması nəticəsində şəhid verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər xəsarət alıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə ötən ilin oktyabrın 9-da Suriyanın şimalında antiterror əməliyyatına başlayıb.