Türkiyə ordusunun əsgərləri şəhid oldu

turkiye-ordusunun-esgerleri-sehid-oldu
Oxunma sayı: 1871

Türkiyə ordusunun 3 əsgəri şəhid olub.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Əsgərlər “Sülh Çeşməsi Hərəkatı” bölgəsində yol ayrıcına qoyulmuş avtomobilin partladılması nəticəsində şəhid olublar.

Nazirlik şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib.