Türkiyə özünün yerli döyüş təyyarəsini istehsal edəcək

turkiye-ozunun-yerli-doyus-teyyaresini-istehsal-edecek
Oxunma sayı: 2106

Türkiyə ilk yerli döyüş təyyarəsini 2023-cü ildən etibarən istehsala başlayacaq.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi Fuad Oqtay məlumat verib.

O, təyyarənin “Türkiyə Havaçılıq və Kosmos Sənayesi AŞ” (TUSAŞ) tərəfindən hazırlanacağını bildirib.

“2026-cı ildə təyyarəmizi göylərdə görmək mümkün olacaq, 2031-ci ildən isə təyyarə inventarına daxil ediləcək.

Beləliklə, Türkiyə Amerika Birləşmiş Ştatları, Rusiya və Çindən sonra 5-ci nəsil döyüş təyyarəsi istehsal edən ölkələr arasında yerini alacaq”.