Türkiyə parlamentində 44 nəfər koronavirusa yoluxub

Türkiyə parlamentində 44 nəfər koronavirusa yoluxub
Oxunma sayı: 661

Türkiyə Böyük Millət Məclisində 44 koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə TBMM sədri Mustafa Şentop məlumat verib. Onun sözlərinə görə, parlamentdə fəaliyyət göstərən 35 işçi və 9 millət vəkili COVID-19-a yoluxub.

“5 deputatın müalicəsi xəstəxanada, 4-nün isə evdə aparılır”, - deyə spiker sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 234 min 934 nəfər koronavirusa yoluxub, 5 765 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi