Türkiyə parlamentində əlbəyaxa dava - Video

turkiye-parlamentinde-elbeyaxa-dava
Oxunma sayı: 6962

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclası zamanı AKP və CHP millət vəkilləri arasında dava düşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, davaya İdliblə bağlı qətnamənin danışıqları zamanı CHP-li Engin Özkoçun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə ifadələr işlətməsi səbəb olub. Partiyaların təmsilçiləri bir-biri ilə əvvəlcə söz davasına çıxsalar da, daha sonra bu gərginlik yumruq davasına çevrilib.

TBMM-nin iclası bu səbəbdən yarımçıq dayandırılıb.

Ankara Baş Prokurorluğu CHP Qrup sədr müavini Engin Özkoç haqqında “Prezidentə təhqir” maddəsi üzrə cinayət işi açıb.