Türkiyə parlamentini bombalayan pilot danışdı

turkiye-parlamentini-bombalayan-pilot-danisdi
Oxunma sayı: 3675

15 iyul gecəsi Türkiyə Böyük Millət Məclisin F16 ilə bombalayan pilotun kimliyi ortaya çıxıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara Cumhuriyyət Baş Prokurorluğunun apardığı soruşdurma nəticəsində həmin şəxsin Hüseyn Türk olduğu aşkar edilib.

Pilot hərbi çevriliş günü TBMM-i bombalamaq əmrini general-leytenant Hakan Evrimdən  aldığını etiraf edib. O, pilot komandirləri ilə keçirilən toplantıda ona TBMM-nin koordinatlarının verildiyini bəyan edib.

Qeyd edək ki, Türkiyədəki hərbi çevriliş cəhdindən sonra Akıncılar Üssünə aid olan 105 pilot saxlanılıb.