Türkiyə Parlamentinin sədri Azərbaycana gəlib

turkiye-parlamentinin-sedri-azerbaycana-gelib
Oxunma sayı: 1340

Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Bu barədə “Qafqazinfo”ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsidən daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyə parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər mayın 18-də başa çatacaq.

Eldar Tanrıverdi