Türkiyə parlamentinin sədri Gürcüstana gedir

turkiye-parlamentinin-sedri-gurcustana-gedir
Oxunma sayı: 1239

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sabah Gürcüstana rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, səfərin məqsədi iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrini daha inkişaf etdirməkdir.

TBMM-nin sədri səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.

M.Şentopun Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə də görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin dərinləşdirilməsi, eləcə də, regionda və dünyada gedən proseslər, təhlükəsizlik və sabitlik məsələləri diqqət mərkəzində olacaq.