Türkiyə Prezidenti Putinlə görüşündən danışdı

turkiye-prezidenti-putinle-gorusunden-danisdi
Oxunma sayı: 1706

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Ankaraya dönərkən təyyarədə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə martın 5-i keçiriləcək görüş haqqında məlumat verib. 

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında dördlü zirvə toplantısının tarixinin hələ ki, müəyyənləşdirilmədiyini bildirib.

“Putin mənə “İkimiz görüşsək, daha həlledici olar” deyə bir təklif irəli sürdü. Mən isə “O da olar, dördlü də olar” cavabını verdim. Hər ikimizin İdliblə bağlı qərarımız böyük əhəmiyyət kəsb edir”,- deyə Ərdoğan qeyd edib.

Orxan Məmməd