Hollandiyanın “De Telegraaf” qəzeti 26 aprel nömrəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın karikaturasını dərc edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan karikaturada söz azadlığını yeyən qorilla kimi təsvir olunub.
Onun bu obrazda təsvir olunması bir müddət öncə Türkiyədə həbs olunan hollandiyalı jurnalist Ebru Umarla bağlıdır. O, Ərdoğanı son yazısında sərhəd tanımayan diktator adlandırmışdı. Jurnalist Tvitter səhifəsində də Ərdoğana eyni sözləri yazmışdı.
E. Umar daha sonra azadlığa buraxılmışdı.

Son xəbərlər
Son Xəbərlər