“Türkiyə Putinlə Zelenskinin görüşünə ev sahibliyi etməyə hazırdır”

turkiye-putinle-zelenskinin-gorusune-ev-sahibliyi-etmeye-hazirdir
Oxunma sayı: 1789

“Türkiyə Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında görüş keçirməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Çavuşoğlunun sözlərinə görə, Ankara Ukraynadakı vəziyyətin həllinə kömək etmək üçün mümkün olan hər şeyi etməyə davam etmək niyyətindədir.