Türkiyə “qırmızı bülleten”lə axtarılan 2 terrorçunu saxladı - Foto

turkiye-qirmizi-bulletenle-axtarilan-2-terrorcunu-saxladi
Oxunma sayı: 1621

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terror təşkilatının “qırmızı bülleten”lə axtarılan iki terrorçusunu saxlayıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, sözügedən şəxslər - Atilla Çiçek və Hüseyin Yıldırım Türkiyə kəşfiyyatçıları tərəfindən ölkənin sərhəd xəttində həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

Məlumata görə, həmin şəxslər 2012-ci ilin sentyabrında Tuncelidə və 2020-ci ilin avqustunda Ağrı Doğubayazıtda həyata keçirilən hücumlarda iştirak ediblər. 

Qeyd edək ki, Tuncelidəki insident zaman 6 əsgər və 1 mülki şəxs olmaqla 7 nəfər, Ağrı Doğubayazıtda isə 2 əsgər həlak olub.