Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun İsveçə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, xəbərdarlıq ölkənin NATO-ya qoşulmaq istəyi ilə bağlıdır.
“Terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər İsveçin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil”, - deyə Ərdoğanın sözçüsü qeyd edib.
Altun vurğulayıb ki, İsveç Türkiyənin 70 ildir üzvü olduğu NATO-ya daxil olması üçün Madriddə verdiyi vədlərə əməl etməlidir:
"Türkiyənin bu məsələdə hansısa güzəştə getməsini gözləmək əbəsdir”.
Son xəbərlər
Son Xəbərlər