Türkiyə Rumıniya və Bolqarıstanla memorandum imzaladı

turkiye-ruminiya-ve-bolqaristanla-memorandum-imzaladi
Oxunma sayı: 1351

Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə Nazirlikləri Qara dənizdə mina əleyhinə hərbi-dəniz qrupunun yaradılması barədə memorandum imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

“Ukraynada hərbi əməliyyatlar Qara dənizdə təhlükəsizlik üçün mənfi şərait və mina təhlükəsi yaradıb. Biz 3 ölkə olaraq ötən yay müdafiə üçün tədbirlər görmək və birgə qrup yaratmaq barədə qərar qəbul etdik”, - deyə Türkiyənin milli müdafiə naziri Yaşar Güler sözügedən sənədin imzalanması mərasimində çıxış edərkən deyib.