Türkiyə rus buğdası ilə bağlı qadağanı ləğv etdi

turkiye-rus-bugdasi-ile-bagli-qadagani-legv-etdi
Oxunma sayı: 782

Türkiyə Rusiyadan ölkəyə buğda ixracına qoyulan qadağanı ləğv edib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən məlumatına görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib. 

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşüb. Liderlər pomidor və viza ilə bağlı məhdudiyyətləri saxlamaq şərtilə qarşılıqlı olaraq iqtisadi sanksiyaların ləğvi barədə razılığa gəliblər.