“Türkiyə Rusiya gəmisinə həbs qoymayıb”

turkiye-rusiya-gemisine-hebs-qoymayib
Oxunma sayı: 1397

“Türkiyə Rusiya bayrağı altında üzən “Jibek Jolı” adlı yük gəmisinə həbs qoymayıb”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktorunun müavini Aleksey Zaytsev deyib.

“Rusiyanın Türkiyədəki səfirliyinin məlumatına görə, gəmi hazırda Karasu limanındadır və sanitar nəzarət də daxil olmaqla standart prosedurlardan keçir. Son nəticədə Türkiyə rəhbərliyi gəminin limana daxil olması və yaxud daxil olmasına qadağa qoyulması barədə qərar verəcək. Burada gəminin saxlanılması və yaxud ona həbs qoyulmasından söhbət getmir”, - deyə Zaytsev söyləyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Türkiyənin Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya yük gəmisini saxlaması barədə məlumat yayıb.