Türkiyə, Rusiya, Qazaxıstandan müalicə üçün ölkəmizə gəldilər - Video

turkiye-rusiya-qazaxistandan-mualice-ucun-olkemize-geldiler
Oxunma sayı: 2225

Dünən “Xəzər TV”nin Xəbərlər proqramında Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən pasiyentlərin ölkəmizdə yerləşən “Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi”də müalicə alması barədə informasiya verilib.

“Qafqazinfo” xəbər verir ki, “Bioloji Təbabət – İnteqrativ Müalicə Mərkəzi” yayılan məlumatlara aydınlıq gətirib. Həmçinin pasiyentlər özləri də bu haqda fikirlərini səsləndiriblər.

Bəlli olub ki, bu Mərkəzdə artıq 15 ildən çoxdur ki, Xoralı Kolit, Kron, Parkinson, Trofik Xora, Dağınık Skleroz, Artroz, revmatoid artrit, psoriaz, bronxial astma, podaqra kimi xroniki və autoimmun xəstəlikləri İnteqrativ Təbabət metodu ilə müalicə edirlər.

Gec sağalan bu xəstəliklərin müalicəsində ixtisaslaşan klinikanın uğurları ölkə xaricində də yayılmış, və nəticədə, hər il Türkiyə, Rusiya, Qazaxıstan və digər ölkələrdən yüzlərlə pasiyent xəstəliklərindən birdəfəlik sağalmaq üçün buraya üz tuturlar.

Həmin sujeti təqdim edirik: