Türkiyə, Rusiya və Suriya hərbi nümayəndələri yaxın günlərdə görüşəcək

Türkiyə, Rusiya və Suriya hərbi nümayəndələri yaxın günlərdə görüşəcək
Oxunma sayı: 1047

"Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri danışıqlar aparacaq".

"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir nümayəndə heyətlərinin yaxın günlərdə texniki səviyyədə danışıqlar aparacağını bildirib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya, Suriya və Türkiyənin müdafiə nazirlərinin görüşü ötən il dekabrın 28-də Rusiyanın Moskva şəhərində keçirilib.