Türkiyə rusiyalı jurnalistlərə viza tətbiq edir

turkiye-rusiyali-jurnalistlere-viza-tetbiq-edir
Oxunma sayı: 725

Rəsmi Ankara qarşılıqlı əsasda Türkiyəyə qısamüddətli səfərə gələn rusiyalı jurnalistlər üçün viza rejimi tətbiq edir.

“Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, türkyəli jurnalistlər Rusiyada işləmək üçün fevralın 15-dən viza almalıdırlar: "Daimi işləyən müxbirlər üçün ölkəyə giriş qaydası dəyişməyib".