Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Türkiyə təmsilçisi “Fənərbaxça” Moskva “Lokomotiv”ini qəbul edir.
Qeyd edək ki, oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlikdi.
***
Oyunun 18-ci dəqiqəsində “Fənərbaxça” təmsilçisi Souza oyunda hesabı açır. Hesab 1:0 Türkiyə komandasının xeyrinədir.
***
Oyunda ilk hissə başa çatıb. “Fənərbaxça” fasiləyə 1:0 hesablı üstünlüklə gedib.
***
Oyunun 72-ci dəqiqəsində Jozef Souza komandasının ikinci qolunu vurur. Beləliklə, hesab 2:0 “Fənərbaxça”nın xeyrinədir.
***
Oyun 2:0 “Fənərbaxça”nın xeyrinə başa çatır.
Son xəbərlər
Son Xəbərlər