“Ankara Rusiyadan aldığı S-400 Zenit Raket Komplekslərini (ZRK) Qətərə və Azərbaycana vermək niyyətində deyil".
“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib:
“Söhbət S-400-lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələni heç vaxt müzakirə etməmişik. Bu informasiya KİV-də hər zaman yazılıb. Əslində isə bununla bağlı da hər hansı bir çətinlik yoxdur. Biz Rusiya ilə müqavilə imzalamışıq və hazırda onların çatdırılma vaxtını razılaşırıq. Əgər Rusiya ZRK-i Azərbaycana satmaq istəsəydi, bunu vasitəçi olmadan, birbaşa edərdi. Xüsusən də, bu iki ölkənin yaxşı münasibəti var”.
Son xəbərlər
Son Xəbərlər