Türkiyə sahillərində zəlzələ

turkiye-sahillerinde-zelzele
Oxunma sayı: 1142

Aralıq dənizinin Türkiyə sahillərində 4,0 bal gücündə zəlzələ olub. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 03:40 radələrində qeydə alınıb.

Zəlzələnin episentri Muğla əyalətinin Datça rayonundan 269-274 kilometr aralığında, ocağı isə 6,96 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.