Türkiyə səfiri Azərbaycan xalqını təbrik etdi

turkiye-sefiri-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 1662

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, səfir bununla bağlı Tvitter səhifəsində yazıb:

"Azərbaycan xalqını 9 may - Faşizm üzərində qazanılan qələbənin 76-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycana sülh, əminamanlıq və xoş gələcək arzulayıram".