Türkiyə səfiri Azərbaycanı Şəhriyarın şeiri ilə təbrik etdi

turkiye-sefiri-azerbaycani-sehriyarin-seiri-ile-tebrik-etdi
Oxunma sayı: 1372

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli səfir öz tviter hesabında bununla bağlı paylaşım edib.

“Qardaş Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 30-cu ildönümünü könüldən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun”, - deyə səfir qeyd edib.

Türkiyə səfiri bununla yanaşı, dahi şair Məhəmmədhüseyn Şəhriyarın şeirindən iki misra da paylaşıb:

“Könlüm quşu qanad çalmaz, 
Sənsiz bir an, Azərbaycan!”