Türkiyə səfiri Şuşadan fotolar paylaşdı

turkiye-sefiri-susadan-fotolar-paylasdi
Oxunma sayı: 1368

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşa səfərindən daha bir paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, diplomat öz tvitter hesabında 15 İyun – Milli Qurtuluş Günündə Şuşada Cıdır düzündə təşkil olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyasından görüntülər yayımlayıb.

“Qədim şəhər. Şuşa xatirəsi”, - deyə C. Bağcı şərhində qeyd edib.