Türkiyənin İsraildəki səfirinin müavini bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, səfirin çağırılmasına səbəb kimi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı Tel-Əvivdəki səfirlik binası üzərində Türkiyə bayrağının matəm əlaməti olaraq yarıya qədər endirilməsi göstərilib.
Buna cavab olaraq İsrailin xarici işlər naziri İsrael Kats Türkiyənin səfir müavinini XİN-ə çağıraraq etiraz edib.