Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

turkiye-sefirliyi-azerbaycan-xalqini-tebrik-etdi
Oxunma sayı: 1311

Türkiyənin Bakıdakı səfirliyi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, müstəqilliyinin əbədi və sarsılmaz olmasını arzu edirik”, - təbrikdə deyilir.