Türkiyə səfirliyi “Zəfər Bayramı” tədbirini təxirə saldı

turkiye-sefirliyi-zefer-bayrami-tedbirini-texire-saldi
Oxunma sayı: 677

Türkiyə səfirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ənənəvi olaraq hər il təşkil olunan tədbirin təxirə salınma səbəbi, son günlər Türkiyədə yaşanan qanlı terror hadisələridir. Məhz son günlərdə ard-arda gələn şəhid xəbərləri və artan terror hadisələri səbəbi ilə Azərbaycanda 1992-ci ildən bəri hər il keçirilən və 1000-ə yaxın qonağın iştirak etdiyi “30 Avqust Zəfər Bayramı” və “Türk Silahlı Qüvvələr Günü” ilə bağlı tədbir bu il keçirilməyəcək: “ Bu hər şeydən əvvəl şəhidlərimizə və Türk millətinin mənəvi dəyərlərinə göstərilən sayğı, ehtiram və vəfadan irəli gəlir”. Avqustun 30-da saat 11-də Türkiyənin Azərbaycandakı səfirliyi Şəhidlər Xiyabanında Türk Şəhidlərinin şərəfinə ucaldılmış abidənin önünə çələng qoyacaq.

Qeyd edək ki bu il, 89-cu il dönümü tamam olan “30 Avqust Zəfər Bayramı” ilə bağlı nəzərdə tutulan bütün bayram tədbirləri ləğv olunub. Məlum olduğu kimi, “30 Avqust Zəfər Bayramı” şanlı Türk ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanlar üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur.

Səidə