Türkiyə səfirliyindən Binəqədidəki partlayışla bağlı paylaşım

turkiye-sefirliyinden-bineqedideki-partlayisla-bagli-paylasim
Oxunma sayı: 1548

Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Binəqədi rayonunda baş verən və insan tələfatı ilə nəticələnən partlayışla bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, səfirlik Azərbaycana keçmiş olsun diləklərini çatdırıb:

“Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik. Qardaş Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq”.